Şağan
Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və qadınlar arasında
kikboksinq üzrə respublika birinciliyi sona yetib. Kikboksinqin WAKO (Dünya
Kikboksinq Assosiasiyasının) versiyası üzrə low-kick qaydalarına uyğun keçirilən
yarışda paytaxt və regionlardan 500-ə yaxın idmançı qüvvəsini sınayıb.”Neftçi
İdman Klubu”nun yeniyetmə və gənc kikboksçuları turnirin 13 medalına (6 qızıl,
2 gümüş, 5 bürünc) yiyələniblər. Yeniyetmələr arasında Ayçin Yusifzadə (40 kq),
Peyman Vəlizadə (67 kq), Elnur Qəşəmov (71 kq) və Məhəmməd Quluzadə (81 kq)
bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu adını qazanıblar. Gənclərdən
isə Sehran Baxşıyev (71 kq) və Elnur Eyvazov (91 kq) eyni uğuru təkrarlayıblar.Qeyd edək
ki, yeniyetmə kikboksinqçilər arasında keçirilən yarışlarda komanda hesabında
ən yüksək nəticəni klubumuzun yetirmələri göstərərək birinci yeri tutublar.