Suraxanı qəsəbəsində yerləşən
Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində gənclər arasında güllə
atıcılığı üzrə paytaxt birinciliyinə yekun vurulub.Klubumuzun təmsilçiləri də
turnirdə bacarıqlarını nümayiş etdiriblər. Atıcılarımızdan Vladislav Kalmıkov
10 metr məsafəyə atəşaçma yarışında (PTÇ-3) 557 xal toplayaraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Digər idmançımız İmran Qarayev (541 xal) isə üçüncü
yeri tutub.Zəriflərin yarışında eyni məsafəyə
atəşaçmada (PTÇ-2) Nəzrin Abbaslı 538 xalla Bakı çempionu adını qazanıb. Xanna
Əliyeva (521 xal) isə paytaxt birinciliyinin bürünc medalına layiq görülüb.