Misirin
Hurqada şəhərində parataekvondo üzrə açıq Afrika çempionatı keçirilib. Yarışda 28 ölkədən 108 idmançı medallar uğrunda
mübarizəyə qoşulub.Paralimpiya milli komandamızı “Neftçi İdman Klubu”nun dörd yetirməsi təmsil
edib. İdmançılarımız turnirdə uğurla çıxış edərək reytinq xallarını artırıblar.
75 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Müslümov K42 və K43
kateqoriyalarında iki qızıl medala sahib olub. Xanım paralimpiyaçılarımızdan Röyalə
Fətəliyeva (K44, 49 kq) və Aynur Məmmədova (K44, +58 kq) yalnız həlledici final
qarşılaşmasında məğlub olaraq gümüş
medala layiq görülüblər.Elimxan Manafov (K43, 61 kq) isə yarımfinalda
mübarizəni dayandırıb.Qeyd edək
ki, klubumuzun yetirmələrindən təşkil olunmuş millimiz komanda hesabında üçüncü
yeri tutub. Nicat Müslümov isə yarışın ən güclü idmançısı seçilib.