“Neftçi
İdman Klubu”nun təmsilçisi Nazim Babayev Şotlandiyanın paytaxtı Qlazqoda
keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatında üçtəkanla tullanmada ən
yaxşı nəticə göstərərək qızıl medala yiyələnib. O, dördüncü cəhddə 17,29
metr nəticə ilə Avropa çempionu adını qazanıb. Atletimiz bu nəticə ilə həm də öz şəxsi
rekordunu yeniləyib.Xatırladaq
ki, bu il 35-ci dəfə təşkil olunan qış Avropa çempionatı ilk dəfə 1970-ci ildə
keçirilib. “Qlazqo 2019”da qitənin 50 ölkəsindən 600-dən çox atlet bacarığını
nümayiş etdirib.