Martın 2-də
Polşanın paytaxtı Varşavada start götürən kişi cüdoçuların açıq Avropa kubokuna
yekun vurulub.”Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan iki cüdoçusu
mötəbər yarışın mükafatına layiq ğörülüb. Onlardan 66 kiloqram çəki dərəcəsində
çıxış edən İbrahim Əliyev yalnız həlledici final görüşündə məğlubiyyət acısı
yaşayıb və gümüş medala sahib olub. Şahin Qəhrəmanov (+100 kq) isə fəxri
kürsünün üçüncü pilləsində qərarlaşıb.Qeyd edək
ki, turnirdə 35 ölkədən 291 cüdoçu medallar uğrunda mübarizə aparıb.