Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında
cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub. Turnirdə 16 ölkədən 495 cüdoçu
qalib adı uğrunda mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun yığmamızın heyətində yer almış təmsilçilərindən ikisi medal
əldə etməyə müvəffəq olub. Xanım idmançıların yarışında 57 kiloqram çəki
dərəcəsində çıxış edən Aytac Qardaşxanlı bütün rəqiblərini məğlub edərək fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanların mübarizəsində isə Şükran
Zamanlı (55 kq) bürünc medala sahib olub.