“Sərhədçi” İdman Olimpiya Mərkəzində kiçikyaşlı yeniyetmə cüdoçular
arasında (2007-2009 və 2005-2006-cı illər təvəllüdlü) Bakı şəhər birinciliyi keçirilib.”Neftçi İdman Klubu”nun yetirmələri hər iki yaş qrupu üzrə mübarizəyə
qoşulublar. 75 komandadan 639 cüdoçunun qatıldığı 2007-2009-cu illər təvəllüdlü
idmançıların yarışında təmsilçilərimizdən Angelina İsmayılova (32 kq) gümüş,
Səlim Sultanov (42 kq) və Aytac Yolçuzadə (36 kq) isə bürünc medala layiq
görülüblər.Beş yüz on səkkiz idmançının medallar uğrunda mübarizə apardığı
2005-2006-ci illər təvəllüdlü cüdoçuların yarışmasında klubumuzun yetirmələri
daha yaxşı təsir bağışlayıblar. Belə ki, təmsilçilərimiz 3-ü qızıl, 5-i gümüş,
6-sı isə bürünc olmaqla paytaxt birinciliyinin 14 medalına sahib olublar və
ümumi komanda hesabında ikinci yeri tutublar. Cüdoçularımızdan Əbdülrəhman
Qəribov (46 kq), Nahid Tarquliyev (60 kq) və Fatimə Kərimova (48 kq) bütün
görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.