“Neftçi
İdman Klubu”nun taekvondoçusu Ramin Əzizov Niderlandın Eyndhoven şəhərində
böyüklər arasında keçirilən “Dutch Open” beynəlxalq turnirində mükafata layiq
görülüb. Azərbaycan millisinin heyətində yer alan və 87 kiloqram çəki
dərəcəsində ölkəmizin idman şərəfini qoruyan təmsilçimiz sayca qırx altıncı
“G1” kateqoriyalı turnirdə bürünc medala sahib olub.