“Neftçi
İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov
bugünlərdə Şotlandiyanın paytaxtı Qlazqoda
keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatında üçtəkanla tullanma
yarışlarında 17,29 metr nəticə göstərərək qızıl medal qazanan, bu nəticə ilə
həm də öz şəxsi rekordunu yeniləyən Nazim Babayev və onun məşqçisi Ziyad
Xəlfəyevlə görüşüb. Aparat rəhbəri respublikamızda dövlət başçısı tərəfindən
aparılan məqsədyönlü idman siyasətinin verdiyi nəticələrdən, eləcə də idman və
olimpiya hərəkatı sahəsində görülən işlərdən geniş söhbət açıb.O, ölkəmizdə
bədən tərbiyəsi və idmana olan dövlət qayğısından bəhs edərək, idmanın maddi-texniki
bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görüldüyünü və bunun sayəsində
Azərbaycanın Avropanın və dünyanın
tanınmış idman ölkələrindən birinə çevrildiyini xüsusi vurğulayıb. Qeyd edilib ki, bütün bunlara rəğmən respublikamız
beynəlxalq qurumların etimadını qazanıb və bir
çox mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib.Daha sonra
atleti qazandığı böyük uğur münasibətilə təbrik edən aparat rəhbəri əldə olunan
yüksək nailiyyətə görə onlara minnətdarlığını bildirib və gələcək
fəaliyyətlərində uğurlar diləyib. O, idmançıya bundan sonra daha yaxşı şəraitin yaradılacağını söyləyib.Sonda Nazim
Babayev və onun məşqçisi Ziyad Xəlfəyev səmimi görüşə və göstərilən qayğıya
görə “Neftçi İdman Klubu”nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Atlet
bundan sonra daha da əzmlə çalışacağına və beynəlxalq yarışlarda ölkəmizi
layiqincə təmsil edəcəyinə söz verib.