Makedoniyanın paytaxtı Skopye
şəhərində keçirilən şahmat üzrə şəxsi Avropa çempionatına yekun vurulub.”Neftçi İdman Klubu”nun
şahmatçısı Eltac Səfərli 11 turdan 8 xal toplayaraq 11-ci pillədə qərarlaşıb. İdmançımız
bu nəticə ilə Avropa çempionundan cəmi yarım xal geri qalıb.Qeyd edək ki, Avropa çempionu
adını 8,5 xalla rusiyalı Vladislav Artemyev qazanıb. Onunla eyni xalı toplayan
İsveç təmsilçisi Nils Qrandelius gümüş medala layiq görülüb. Polşalı Katsper
Piorun isə 8 xalla əlavə göstəricilərə görə üçüncü yeri tutub.