İtaliyanın Liqnano şəhərində
keçirilən gənc cüdoçuların Avropa kuboku yarışı sona yetib.Otuz beş ölkədən 604 cüdoçunun
mübarizə apardığı turnirdə “Neftçi İdman Klubu”nun yetirməsi Əhməd Yusifov əzm
nümayiş etdirərək böyük uğura imza atıb. 60 kiloqram çəki dərəcəsində çıxış edən
idmançımız Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək
finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada italiyalı rəqibi Alessandro
Aramunu məğlub edən cüdoçumuz Avropa kubokunun qızıl medalına yiyələnib.