Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə
Avropa kuboku keçirilib.”Neftçi İdman Klubu”nun yığma
komandamızın heyətində yer almış təmsilçilərindən ikisi mükafata layiq görülüb.
Yeniyetmə cüdoçularımızdan 50 kiloqram çəki dərəcəsində mübarizə aparan İsmayıl
Qənbərli bütün görüşləri qələbə ilə başa vuraraq Avropa kubokunun qalibi olub. Yalnız
həlledici qarşılaşmada məğlub olan Şükran Zamanlı (55 kq) isə mötəbər turniri
gümüş medalla tərk edib.Qeyd edək ki, Azərbaycan
cüdoçuları Avropa kuboku yarışında 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq
komanda hesabında medalların həm əyarı, həm də sayına görə birinci yeri
tutublar.