“Neftçi İdman Klubu”nun daha bir güləşçisi Rumıniyanın paytaxtı
Buxarestdə keçirilən Avropa çempionatında mükafata layiq görülüb. Səksən yeddi kiloqram çəki dərəcəsində ölkəmizi
təmsil edən yunan-Roma güləşçimiz İslam Abbasov ilk görüşündə almaniyalı rəqibinə
qalib gəlib. O, növbəti görüşdə olimpiya çempionu olan Rusiya təmsilçisini də məyus
edərək dörddəbir finala vəsiqə qazanıb. Pəhləvanımız bu mərhələdə ermənistanlı
dünya və Avropa çempionu ilə qarşılaşmanın əvvəlindən sonunadək rəqibindən
üstün olub və parlaq qələbə qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda da əzmlə
mübarizə aparan idmançımız belaruslu rəqibinə qalib gəlib və ilk dəfə böyüklər
arasında Avropa çempionatının finalına vəsiqəni təmin edib. Həlledici görüşdə
son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu, ukraynalı Jan
Belenyuka məğlub olan İslam Abbasov gümüş medala layiq görülüb.Qeyd edək ki, bu, onun böyüklər
arasında Avropa çempionatında ilk medalıdır.Xatırladaq ki, mötəbər turnirin ilk günlərində sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) qızıl, Mahir Əmiraslanov (57 kq) isə bürünc medal qazanıb.