“Neftçi İdman Klubu”nun sumoçusu,
100 kiloqram çəki dərəcəsində mübarizə aparan Çingiz Səmədov Estoniyanın
paytaxtı Tallində keçirilən sumo üzrə XXIII Avropa çempionatının qızıl medalına
sahib olub.On yeddi ölkədən 350-dən çox
idmançının qüvvəsini sınadığı yarışda idmançımız ilk görüşdə Polşa təmsilçisini
məğlub edib. Növbəti qarşılaşmada rusiyalı rəqibinə qalib gələn sumoçumuz yarımfinalda
gürcüstanlı idmançını məğlub edib və finala yüksəlib. Həlledici görüşdə daha bir polşalı rəqibini məğlub edən Çingiz Səmədov
qitə çempionatının qalibi adını qazanıb.