“Sərhədçi” İdman Olimpiya Mərkəzində
keçirilən 15 yaşadək yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi
başa çatıb. Turnirdə paytaxt və bölgələrdən
66 komandanın tərkibində 464 cüdoçu medallar uğrunda yarışıb.”Neftçi İdman Klubu”nun təmsilçiləri
əzmlə mübarizə apararaq 11 medala (4 qızıl, 2 gümüş, 5 bürünc) sahib olublar və
komanda hesabında birinci yeri tutublar.Cüdoçularımızdan Ricad Nadirov (55
kq), Kənan Hüseynov ( 60 kq), Aydan Vəliyeva (36 kq) və Firuzə Hacıverdiyeva
(+63 kq) məğlubiyyət tanımayaraq Azərbaycan çempionu adını qazanıblar.Qalib və mükafatçılara medallar, Gənclər
və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.