“Neftçi İdman Klubu”nun paralimpiyaçısı Elşən
Hüseynov Macarıstanın Eger şəhərində keçirilən pauerliftinq üzrə dünya
kubokunda qızıl medala sahib olub. Yüz yeddi kiloqrama qədər çəki dərəcəsində qüvvəsini
sınayan idmançımız 225 kiloqram ağırlığın öhdəsindən gəlib və fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb.