“Neftçi İdman Klubu”nun
paralimpiyaçısı Roman Saleh Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən
üzgüçülük üzrə dünya seriyasında qızıl medala yiyələnib. Üzgüçümüz 100 metr məsafəni
1 dəqiqə 0,61 saniyəyə qət edərək bu uğura imza atıb.Qeyd edək ki, bu yarış sentyabrda
Londonda keçiriləcək dünya çempionatına minimal təsnifat xalı qazandırır.