“Neftçi İdman Klubu”nun paralimpiyaçı
üzgüçüsü Roman Saleh Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən dünya
seriyasında ikinci medalını qazanıb. Yarışın sonuncu günündə batterflay növü üzrə
100 metr məsafəni 58,63 saniyəyə qət edən üzgüçümüz bürünc medala layiq görülüb.Xatırladaq ki, Roman Saleh yarışın
əvvəlki günlərində 100 metr məsafəyə arxasıüstə üzmə yarışında qızıl medala
sahib olmuşdu.