Abşeron Olimpiya İdman Kompleksində
Sabir Hüseynovun xatirəsinə həsr olunmuş sambo üzrə 2003-2005-ci il təvəllüdlü
idmançılar arasında açıq paytaxt turnirinə yekun vurulub. Yarışda 167 idmançı
10 çəki dərəcəsi üzrə mübarizə aparıb.Klubumuzun yetirmələri turnirin 5
qızıl, 2 gümüş və 2 bürünc medalına sahib olublar. Samboçularımızdan Nicat İsmayılov (42 kq), Fərid İbrahimli (46
kq), Sahib Babayev (50 kq), Toğrul İbrahimov (55 kq) və Abbas Qafarov (60 kq) rəqib
tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Mövlan Nadirov (60
kq) və Yusif Kərimov (72 kq) 2-ci, Camal Camalovla (42 kq) Ayxan Dadaşov (60
kq) isə 3-cü yeri tutublar.