Qılıncoynatma Federasiyasının zalında təşkil
olunan Azərbaycan çempionatına yekun vurulub. Sablyaçı qadınların yarışında
bütün medallara “Neftçi İdman Klubu”nun təmsilçiləri yiyələniblər. Finalda
Səbinə Mikina “Bakı-2015”-in gümüş mükafatçısı Sevil Bünyatovanı 15:14
hesabı ilə məğlub edib. Bürünc medalları isə klubun digər yetirmələri Sevinc
Bünyatova ilə Nərminə Cəfərova əldə ediblər. Kişilər arasında Azər Tağıyev
çempionluq sevinci yaşayıb. Cavanşir Ağakişiyev və Yusif Budaqov isə yarışı
3-cü yerdə başa vurublar. Şpaqa növündə hər iki cinsin nümayəndələri arasında
finala klubumuzun qılıncoynadanları yüksəliblər. Kişilərin mübarizəsində Nəcəf
Məhərrəmov Kənan Əliyev üzərində qələbə qazanıb – 15:14. Bürünc medallara isə Vəkil
Nəsirov və Etibar Namazov sahib çıxıblar. Qadınlar arasında Elmira
Xudaverdiyeva və Samirə Hüseynova müvafiq olaraq ilk iki pillədə qərarlaşıblar.