Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə
keçirilən “Sabahın ulduzları” paytaxt çempionatına start verilib. “İnter
Arena”da iki yaş qrupu üzrə keçirilən çempionatda “Neftçi İdman Klubu” hər iki
yaş qrupunda təmsil olunur. Birinci tur çərçivəsində “Neftçi İK” İB
(2006-2007-ci illər təvəllüdlü futbolçular) “Qarabağ” komandasını 2:0 hesabı ilə
məğlub edib. Digər komandamız (2005-2006) isə “Şirvan” TİM üzərində qələbə
qazanıb – 3:0.AFFA-nın təşkil etdiyi Boulevard Hotel U-15
liqasında isə ikinci turun oyunları keçirilib. 18 komandanın iştirak etdiyi
liqada klubumuzun iki komandası çıxış edir: “Neftçi İK” İB (Bakı) və “Neftçi
İK” İB (Siyəzən). Klubun paytaxt təmsilçisi “Kəpəz”i qəbul edib və 3:0 hesabı
ilə qalib gəlib. “Neftçi İK” İB (Siyəzən) isə “Qarabağ”ın qonağı olub və bu
oyunda heç-heçə (3:3) qeydə alınıb.