Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdo üzrə beynəlxalq
Qran-Pri turnirinə yekun vurulub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş yarışda 35 ölkədən 214 cüdoçu medallar uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçilərindən Rövşən Səfərov finala qədər inamla
irəliləyib. Doxsan kiloqram çəki dərəcəsində çıxış edən idmançımız moldovalı
Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuz növbəti mərhələdə Türkiyə idmançısı İbrahim
Bölükbaşı 3 saniyəyə ipponla məğlub edərək yarımfinala adlayıb. Növbəti
görüşündə də idmançımız ukraynalı Aleksandr Nazarenkonu 3 saniyəyə ipponla məğlub
edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rövşən Səfərov İran idmançısı
Vahid Nuriyə məğlub olub və gümüş medala layiq görülüb. Altmış kiloqram çəkidə
çıxış edən Xanım Hüseynova isə bürünc medala sahib olub.Xatırladaq ki, klubumuzun yetirmələri mötəbər yarışın ilk günündə daha 8 medal ( 2 qızıl, 3 gümüş və
3 bürünc) qazanıblar.Qeyd edək ki, Azərbaycan millisi (3 qızıl, 4 gümüş və 4 bürünc) komanda
hesabında ikinci yeri tutub.