Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-pri yarışlarına start verilib. Heydər
Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu qalib adı
uğrunda mübarizə aparır.Turnirin ilk günü “Neftçi İdman Klubu”nun
paralimpiyaçıları üçün uğurlu olub. Azərbaycan millisinin heyətində yer alan paracüdoşularımızdan
Sevda Vəliyeva (57 kq) və Vüqar Şirinli (60 kq) bütün görüşləri qələbə ilə başa
vuraraq qızıl medala sahib olublar. Afaq Sultanova (57 kq), Bayram Mustafayev
(66 kq) və Hüseyn Rəhimli (81 kq) gümüş,
Bəsti Səfərova (52 kq), Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) isə
bürünc medala layiq görülüblər.Qeyd edək ki,”Tokio
2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları verən Qran-pri
yarışına mayın 14-də yekun vurulacaq.