“Neftçi İdman Klubu”nun təmsilçisi
Elmir Tarverdiyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən pauerliftinq
üzrə Avropa çempionatında böyük əzmkarlıq nümayiş etdirərək qızıl medala sahib
olub. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 465 kq
ağırlığın öhdəsindən gələrək bu uğura imza atıb.Qeyd edək ki, Elmir Tarverdiyev
yeddiqat Avropa və dördqat dünya çempionudur.