“Neftçi İdman Klubu”nun cüdoçusu
Hidayət Heydərov (73 kq) Çinin Hohhot şəhərində keçirilən Qran-pri turnirinin
qızıl medalına sahib olub. Qırx üç ölkədən 300-dən çox idmançının mübarizə apardığı
yarışda klubumuzun yetirməsi Yunanıstan, Rusiya, Kanada və İsveç təmsilçiləri
üzərində qələbə qazanaraq finala yüksəlib. Cüdoçumuz həlledici görüşdə Birləşmiş
Ərəb Əmirliklərinin idmançısı Viktor Skvortovu ipponla məğlub edib və mötəbər
turnirin qalibi adını qazanıb.Xatırladaq ki, Hidayət Heydərov
mayın 10-12-də Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirində də qızıl medala yiyələnmişdi.