“Neftçi İdman Klubu” neft,
qaz və kimya sənayesi işçiləri arasında növbəti dəfə mini-futbol turniri
keçirdi. 28 May – Respublika Gününə həsr olunmuş yarışda dörd qrupda olmaqla 12
komanda mübarizə aparırdı. “A” qrupunda “Azərkimya” İstehsalat
Birliyi, “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti, Geofizika və
Geologiya İdarəsi, “B” qrupunda “Suraxanı Oyl” Əməliyyat Şirkəti, “Qaz
İxrac” İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, “C” qrupunda Qaz
Emalı Zavodu, , Nəqliyyat İdarəsi, “Bos Şelf” MMC, “D” qrupunda isə “Neftqaztikinti”
Tresti, “Azneft” İstehsalat
Birliyi, və Təhlükəsizlik İdarəsinin komandaları təmsil olunmuşdular.Beş gün davam edən (20-25 may)
turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin
sağlamlıqlarının qorunması, onların asudə vaxtlarının səmərəli təşkil olunması,
eləcə də bu idman növünün kütləviləşməsinə köməklik göstərilməsi və 28 May –
Respublika Gününün daha təntənəli qeyd edilməsi idi.Suraxanı qəsəbəsindəki Tofiq
İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunan yarışda finala “Qaz
İxrac” və “Suraxanı Oyl” komandaları vəsiqə qazandılar. Həlledici
qarşılaşmada “Suraxanı Oyl” daha üstün oyun nümayiş etdirdi və rəqibini 5:2
hesabı ilə məğlub etdi. Beləliklə, “Suraxanı
Oyl” komandası mini-futbol turnirinin qalibi adını qazandı. “Qaz İxrac” İdarəsi
2-ci, “Bos Şelf” komandası isə 3-cü yeri tutdu.Həmişə olduğu kimi, bu dəfə də klubumuz
“ən yaxşı qapıçı”, “ən yaxşı oyunçu” və “ən məhsuldar oyunçu” nominasiyaları üzrə
mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Ceyhun
Zeynalov (“Qaz İxrac” İdarəsi), Rəhman İsrafilov (“Suraxanı Oyl”) və Ruslan
Sorokin (“Bos Şelf”) layiq görüldülər.Sonda təşkil olunan
mükafatlandırma mərasimində “Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi
üzrə meneceri Akif Məmmədov çıxış edərək yarış iştirakçılarını 28 May –
Respublika Günü münasibətilə klubun rəhbərliyi və şəxsən idarəetmə aparatının rəhbəri
Sadıq Sadıqovun adından təbrik etdi. Ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən
dövlət qayğısından geniş söhbət açan klub rəsmisi son illər respublikamızda təşkil
olunan çoxsaylı möhtəşəm tədbirlərdən və onların əhəmiyyətindən danışdı. O, belə tədbirlərdən daha birinin – mayın 29-da
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununun
(“Arsenal” – “Çelsi”) da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə
etdi.Turnirdə fəal iştirak etdiklərinə
görə yarış iştirakçılarına dərin minnətdarlığını bildirən natiq onlara gələcək
fəaliyyətlərində uğur dilədi. Sonra o, qalib komandalara qazandıqları qələbə
münasibətilə təbriklərini çatdırdı.Qalib və mükafatçı komandalara
“Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və xatirə hədiyyələri təqdim
olundu. Nominasiya
qalibləri də diplom və hədiyyələrlə mükafatlandırıldılar.