Respublika Şahmat Mərkəzində keçirilən
64 xanalı dama üzrə respublika çempionatına yekun vurulub.İyirmi iki idmançının qatıldığı kişilərin
yarışı iki mərhələdən ibarət olub. Birinci mərhələ İsveçrə sistemi ilə
keçirilib və yeddi turu əhatə edib. İkinci mərhələ isə final mərhələsinə vəsiqə
qazanmış altı nəfərin iştirakı ilə dairəvi sistem üzrə təşkil olunub.Klubumuzun təmsilçisi, beynəlxalq
usta Pərviz Həsənov birinci mərhələdə 7 oyuna 5 xal toplayaraq final mərhələsinə
yüksəlib. Bu mərhələdə o, 5 oyuna 4,5 xal toplayıb və növbəti dəfə Azərbaycan
çempionu adını qazanıb. Qeyd edək ki, bu, onun ardıcıl ikinci, ümumilikdə isə
yeddinci ölkə çempionluğudur.Səkkiz idmançının mübarizə apardığı
qadınların yarışı dairəvi sistem üzrə keçirilib. Klubumuzun yetirməsi, idman
ustası Ülkər Babanlı 7 oyuna 5,5 xal toplayaraq gümüş medala layiq görülüb.
Eyni xala sahib olan digər damaçımız Banu Əli isə əmsallar cədvəlinə görə
üçüncü olub.