İyunun 1-də Rumıniyanın Kluj şəhərində startı verilmiş cüdo üzrə Avropa açıq kubokuna
yekun vurulub. Yarışda 29
ölkədən 350 idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun qadınlardan
ibarət yığma komandamızın heyətində təmsil olunan cüdoçularından Leyla Əliyeva
(48 kq) və İçinkorlo Munxtsedev (57 kq) Avropa kubokunun bürünc medalına sahib
olublar.Qeyd edək ki, Azərbaycanın qadın cüdoçularından
ibarət millisi turnirdə uğurla çıxış edərək 1 qızıl, 3 bürünc medal qazanıb.