Naxçıvanda yeniyetmələr arasında keçirilən
kikboksinq üzrə “Heydər Əliyev Kuboku” uğrunda açıq turnirə yekun vurulub. Ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda Azərbaycan, Rusiya və
İrandan olan yüzə yaxın idmançı
bacarığını nümayiş etdirib.Klubumuzun yetirmələri turnirdə
uğurla çıxış ediblər. Kiçikyaşlı kikboksçularımız yarışın 9 qızıl (Şahin Əfəndiyev,
Kamal Qəribli, Sübhan Məmmədov, Kənan Səfərov, Vüqar Məmmədov, Nicat Abbasov,
Əsgər Musayev, Əli Qasımov, Xədicə Mustafayeva), 2 gümüş (Cəfərsadiq İbrahimli,
Orxan Abışov) medalını qazanıblar və “Heydər Əliyev Kuboku”na sahib olublar.