Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının stadionunda keçirilən yarışda 10 komandanın heyətində 110-dan
çox atlet medallar uğrunda mübarizə aparıb.Qadınların yarışında “Neftçi İdman
Klubu”nun təmsilçilərindən Aysun Əhmədova
nizəatmada, Könül Əliyeva isə nüvəitələmədə qalib gələrək Azərbaycan çempionu
adını qazanıblar.