“Neftçi İdman Klubu”nun
paralimpiyaçısı İradə Əliyeva İtaliyada
keçirilən dünya paraatletika Qran-prisində böyük uğura imza atıb. Belə ki,
atletimiz nizəatma yarışında 42,84 metr
nəticə ilə bütün rəqiblərini üstələyib və
mötəbər turnirin qızıl medalına sahib olub.