Yeniyetmələr və gənclər arasında
keçirilən güllə atıcılığı üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Bakı
Atıcılıq Mərkəzində təşkil olunan turnirdə 25 atıcı qalib adı uğrunda yarışıb.”Neftçi İdman Klubu”nun yetirmələri
də birincilikdə bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımızdan Vladislav
Kalmıkov oğlanlar arasında PTÇ-3 tipli
tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 547 xal toplayaraq Azərbaycan
çempionluğunun sevincini yaşayıb. İmran Qarayev (541 xal) 2-ci, Tamerlan Əliyev
(535 xal) isə 3-cü pillədə qərarlaşıb.Qızların mübarizəsində (PTÇ-2)
Xanna Əliyeva eyni məsafəyə atəşaçmada 545 xalla fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Nəzrin Abbaslı (535 xal) isə gümüş medala layiq görülüb.Atıcılığın “mix team” növündə
pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Zeynəb Abbasova və Vladislav Kalmıkovdan ibarət
komandamız (“Neftçi-1”) ikinci, Xanna Əliyeva-Tamerlan Əliyev cütlüyündən təşkil
olunmuş digər komandamız (“Neftçi-2”) isə üçüncü yeri tutub.