Belarusun paytaxtı Minskdə keçirilən II Avropa
Oyunlarına yekun vurulub.”Neftçi İdman Klubu”nun yunan-Roma
güləşçisi İslam Abbasov (87 kq) yarışda inamla mübarizə apararaq finala
yüksəlib. İdmançımız bu yolda rəqiblərinə heç bir xal vermədən onları
məğlubiyyətə uğradıb. Belə ki, mübarizəyə
səkkizdəbir finaldan başlayan pəhləvanımız serbiyalı Nikolay Dobrev üzərində
8:0 hesablı qələbə qazanıb. Dörddəbir finalda Macarıstan təmsilçisi Viktor Lorinsə
3:0, yarımfinalda isə xorvatiyalı İvan Huklelə 5:0 hesabı ilə qalib gələn İslam
Abbasov finala vəsiqəni təmin edib. Həlledici görüşdə ukraynalı Jan Belenyukla üz-üzə
gələn 23 yaşlı pəhləvanımız bu qarşılaşmada da sona qədər əzmlə mübarizə
aparıb. Lakin buna baxmayaraq, güləşçimiz güclü rəqibinə məğlub olub (1:3) və II Avropa
Oyunlarının gümüş medalına layiq görülüb.Xatırladaq ki, mötəbər turnirin
əvvəlki günlərində sərbəst güləşçilərimiz Mahir Əmiraslanov (57kq) və Hacı
Əliyev (65 kq) qızıl medala sahib olmuşdular.