Tunisdə paralimpiyaçılar arasında
atletika üzrə beynəlxalq Qran-pri turniri keçirilib.”Neftçi İdman Klubu”nun paraatletləri
yarışda böyük uğura imza atıblar. Təmsilçilərimizdən Elmir Cəbrayılov 100 metr
məsafəni 11,31 saniyəyə qət edərək
turnirin qızıl medalına yiyələnib. Samir Nəbiyev isə nüvəitələmə yarışında 13,84
metrlik nəticə ilə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb.