“Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qorumaqdadır. Minskdə
keçirilən II Avropa Oyunlarının gümüş mükafatçısı ən yaxın izləyicisi olan
Cənubi Koreya təmsilçisi Çangrım Anı 50 xal qabaqlayır. Bu çəki dərəcəsində
daha bir idmançımız, “Minsk 2019”da bürünc medal qazanan Hidayət Heydərov da
liderlər qrupundakı mövqeyini
dəyişməyib. O, yenə də 6-cı pillədədir. Sonuncu Avropa Oyunlarının bürünc
mükafatçıları Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə bir
pillə irəliləliyiblər. Bu cüdoçularımız müvafiq olaraq, 4-cü və 10-cu sırada
qərar tutublar. Klubumuzun digər yetirmələri Nicat Şıxəlizadə (66 kq) 25-ci,
Orxan Səfərov (60 kq) 37-ci yerdədirlər. Qadın cüdoçumuz İrina Kindzerska (+78
kq) da mövqeyini dəyişməz saxlaya bilib. İkinci Avropa Oyunlarında bürünc medala
yiyələnən idmançımız yenə də dünya reytinq cədvəlinin 4-cü pilləsində qərarlaşıb.