Belarusun paytaxtı Minskdə keçirilən II Avropa
Oyunlarına yekun vurulub. Mötəbər turnirə Avropanın 50
ölkəsindən 4 mindən çox idmançı qatılıb. Atletlər idmanın 15 növü üzrə 200 dəst
medal uğrunda mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun II Avropa
Oyunlarında ölkəmizi təmsil edənyetirmələri əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıblar. Belə
ki, idmançılarımız 2-si qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla, mötəbər yarışın
9 medalına sahib olublar. Qızıl medallara Hacı Əliyev və Mahir Əmiraslanov (hər
ikisi sərbəst güləş) layiq görülüblər. Rüstəm Orucov (cüdo), İslam Abbasov
(yunan-Roma güləşi), Ağasif Səmədov (sambo) gümüş, Hidayət Heydərov, Məmmədəli
Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska (hamısı cüdo) isə bürünc medala
yiyələniblər.Qeyd edək ki, Minskdə keçirilən
ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28
medal (5 qızıl, 10 gümüş, 13 bürünc)qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu pillədə qərarlaşıb.