“Neftçi
İdman Klubu”nun cüdoçusu Hidayət Heydərov İtaliyanın
Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının gümüş medalına yiyələnib. Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıllıqla
Səudiyyə Ərəbistanı təmsilçisi Abdullah
Hamad, misirli Abdelrahman Mohamed, fransalı Luca Otmane, monteneqrolu Marko
Qusiç və Monqolustan cüdoçusu Tsoqtbaatar Tsend-Oçir üzərində qələbə qazanaraq
finala yüksəlib. Həlledici görüşdə rusiyalı rəqibi Yevgeni Prokopçuka məğlub
olan Hidayət Heydərov Universiadanı ikinci yerdə başa vurub.