“Neftçi İdman Klubu”nun atleti Nazim Babayev İtaliyanın Neapol şəhərində təşkil olunan XXX Ümumdünya Yay Universiadasının qızıl
medalına sahib olub. Üç təkanla tullanma yarışının təsnifat mərhələsində Avropa
çempionumuz 16,36 metr nəticə ilə finala
vəsiqəni təmin edib. İdmançımız finalda 16,89 metr nəticə göstərərək Universiadanın qalibi olub. Qeyd edək ki, bu, Nazim Babayevin universiadalarda ikinci çempionluğudur.Xatırladaq ki, mötəbər turnirin əvvəlki
günlərində klubumuzun digər yetirməsi, cüdoçu Hidayət Heydərov (73 kq) gümüş
medala layiq görülmüşdü.