“Neftçi İdman Klubu”nun təmsilçisi Nazim
Babayev İsveçin Qalve şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa
çempionatında böyük uğura imza atıb. O, üç təkanla tullanma yarışında 17.03
metr nəticə göstərərək gümüş medal əldə edib.Qeyd edək ki, Nazim Babayev bugünlərdə
İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında üç təkanla
tullanma yarışının finalında 16,89 metr nəticə göstərərək qalib olub. Bununla
da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib. İdmançımız birinci dəfə Çinin Taypey şəhərində keçirilən XXIX
Ümumdünya Yay Universiadasında qızıl medala sahib olmuşdu.