“Neftçi İdman Klubu”nun yetirməsi Telman Vəliyev
(73 kq) Macarıstanın paytaxtı
Budapeştdə keçirilən cüdo üzrə Qran-pri turnirində bürünc medala sahib olub. Dünyanın
82 ölkəsindən 548 cüdoçunun qatıldığı yarışda idmançımız Portuqaliya,
Macarıstan, İsveç və Perudan olan rəqibləri üzərində qələbə qazanaraq yarımfinala
yüksəlib. Bu mərhələdə Rusiya təmsilçisinə məğlub olanTelman Vəliyev üçüncü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinumaya qalib gəlib.