Velosiped idmanının şose növü üzrə keçirilən
respublika birinciliyinə yekun vurulub.”Neftçi İdman Klubu”nun yetirməsi Nofəl
Nuriyev Qala yolunda təşkil olunan 10 kilometr məsafəyə fərdi yarışda 2-ci yeri
tutub (14.59.54). İdmançımız turnirin
ikinci günündə Xızı yolunda 60 kilometr məsafəyə keçirilən qrup ötüşməsində isə üçüncü olub.Qeyd edək ki, bu iki nəticəyə, həmçinin
Festivala hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışının və
yoxlama yarışlarının nəticələrinə görə, Nofəl Nuriyev iyulun 21-27-də Bakıda
keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək hüququ qazanıb.