“Neftçi İdman Klubu”nun pauerliftinqçisi Elşən
Hüseynov (107 kq) “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına
lisenziya qazanıb. Təmsilçimiz Qazaxıstanın Nur-Sultan şəhərində
paralimpiyaçılar arasında keçirilən pauerliftinq üzrə dünya çempionatında 217 kiloqram
ağırlığın öhdəsindən gəlməklə bu uğura imza atıb. Dünya
reytinqində dördüncü olan idmançımız mövqeyini daha da möhkəmləndirib.