Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının ikinci gününə yekun vurulub.Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda klubumuzun yetirməsi Vüqar Talıbov (73 kg) mötəbər turnirin gümüş medalına yiyələnib. Cüdoçumuz mübarizəyə səkkizdəbir finaldan başlayıb. O, əvvəlcə belaruslu Dzianis Yauseyenkanı, sonra isə çexiyalı Adam Kopeçkini ipponla məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Türkiyə idmançısı Musa Şimşəyə ipponla qalib gələn cüdoçumuz finala vəsiqəni təmin edib. Vüqar Talıbov həlledici mərhələdə italiyalı Luici Sentraçioya məğlub olub və EYOF-un gümüş medalına laiq görülüb.Xatırladaq ki, cüdo yarışının birinci günündə klubun digər yetirməsi Şükran Zamanlı (55 kg) bürünc medal qazanmışdı.