İtaliyanın Genuya şəhərində keçirilən
paracüdo üzrə Avropa çempionatı sona yetib.Qitə
çempionatında Azərbaycan millisinin heyəti “Neftçi İdman Klubu”nun paralimpiyaçılarından
təşkil olunub. Paracüdoçularımız mötəbər turnirin 10 medalına (1 qızıl, 4
gümüş, 5 bürünc) yiyələniblər.Onlardan Xanım Hüseynova (+63 kq) rəqib
tanımayaraq qızıl medala sahib olub. Bayram Mustafayev (66 kq), İlham Zəkiyev
(+100 kq), Sevda Vəliyeva (57 kq), Dürsədəf Kərimova (+70 kq) gümüş, Namiq
Abbaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan
Abdullaxanlı (100 kq) və Səbinə Abdullayeva (52 kq) isə bürünc medal qazanıb.Qeyd edək ki, komanda yarışlarında paracüdo
millimiz Avropa çempionatının qalibi olub.