Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə
güləşçilər arasında keçirilən dünya birinciliyinə yekun vurulub. Mötəbər
turnirin sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıb.”Neftçi İdman Klubu”nun Azərbaycan
millisinin heyətində təmsil olunan yunan-Roma güləşçisi, Avropa Gənclər
Olimpiya Festivalının qalibi Elmir Əliyev böyük əzmkarlıq nümayiş etdirərək
dünya birinciliyinin gümüş medalını qazanıb. Əlli bir kiloqram çəki dərəcəsində
çıxış edən pəhləvanımız ardıcıl olaraq Argentina, Misir, Rumıniya və Ukrayna idmançılarına
qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə İran güləşçisinə məğlub
olub və ikinci yeri tutub.