Xorvatiyanın Zaqreb şəhərində keçirilən
cüdo üzrə Qran-pri turnirinə yekun vurulub. Yarışda 86 ölkədən 552 cüdoçu qalib
adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçisi İrina
Kindzerska (+ 78 kq) beynəlxalq turnirin bürünc medalına sahib olub.
Portuqaliya, Monqolustan, Ukrayna, Tunis idmançılarına qalib gələn xanım
cüdoçumuz yalnız yarımfinal görüşündə turnirin qızıl medalçısı, yaponiyalı Sone Akiraya məğlub olub.