Xəbər verdiyimiz kimi, sentyabrın
16-da neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadası start
götürüb. On dörd idman növü üzrə təşkil olunan yarışlar Lökbatan qəsəbəsindəki
Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə “Aura” İdman Klubunda,
güllə atıcılığı üzrə isə Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman
Kompleksində keçirilir.Artıq üzgüçülük və futtennis
idman növləri üzrə yarışlara yekun
vurulub.Üzgüçülük yarışlarında
Stanislav Baykov (Dalğıc və Qəza – Xilasetmə İşləri İdarəsi) qalib adını qazanıb. Xəyyam
Həsənovla (“Neftqaztikinti” Tresti) Risad Zeynalov (Heydər Əliyev adına
Neft Emalı Zavodu) isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər.
Qadınlar arasında Aysel Hüseynzadə (Neft Kəmərləri İdarəsi) liderliyə yüksəlib.
Neft Daşları NQÇİ-nin təmsilçisi Olqa Okunyova 2-ci, Rəna İsgəndərova (Heydər Əliyev adına NEZ) isə 3-cü yerə çıxıb.Futtennis yarışında Neft
Kəmərləri İdarəsinin komandası qalib olub. “SOCAR Petroleum” 2-ci, Heydər
Əliyev adına Neft Emalı Zavodunun komandası isə 3-cü yeri tutub.Qeyd edək ki, sentyabrın 18-də
spartakiadada daha üç idman növü – voleybol, stritbol və şahmat üzrə yarışlara
start veriləcək.