“Neftçi İdman Klubu”nun
paralimpiyaçısı Roman Saleh Londonda keçirilən üzgüçülük üzrə dünya
çempionatında növbəti uğurunu qazanıb.Təmsilçimiz sərbəst üsulla üzgüçülük
yarışlarında 100 metr məsafəni 52,99 saniyəyə qət edərək çempionatın bürünc
medalına yiyələnib.Xatırladaq ki, paraüzgüçümüz yarışın əvvəlki
günlərində arxasıüstə üzmə yarışlarında ikinci olaraq “Tokio 2020” XVI Yay
Paralimpiya Oyunlarına lisenziya əldə edib.