Neft, qaz və kimya
sənayesi işçilərinin XXVII Spartakiadasının dördüncü günündə daha iki idman
növü – şahmat və dama yarışları üzrə qaliblər müəyyənləşib. Şahmat yarışlarında
Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası qalib adını qazanıb. Neft Kəmərləri
İdarəsi 2-ci, H. Z. Tağıyev adına Neftqazçıxarma İdarəsinin kollektivi isə 3-cü
yeri tutub. Dama idman növündə də eyni komandalar müvafiq olaraq eyni uğuru təkrarlayıblar.Spartakiadada mini-futbol,
voleybol və stritbol yarışları davam edir. Sabah isə daşqaldırma, darts, kəndirdartma,
stolüstü tennis, nərd və güllə atıcılığı idman növlərində yarışlara start veriləcək.Qeyd edək ki, sentyabrın
16-da start götürmüş XXVII Spartakiadaya ayın 22-də yekun vurulacaq.