Bu gün AFFA-nın təşkil etdiyi Boulevard Hotel U-15
liqasında üçüncü turun oyunları keçirilir. Bu tur çərçivəsində “Neftçi İdman
Klubu”nun liqada iştirak edən hər iki komandası qələbə qazanıb. Klubun paytaxt
təmsilçisi “Neftçi İK” İB (Bakı) “Təhsil” TFM-in qonağı olub və özünü qonaq
kimi aparmayan komandamız rəqibini darmadağın edib – 6:1. Bölgə təmsilçimiz “Neftçi
İK” İB (Siyəzən) isə “Gəncə” TİM-i qəbul edib və 2:0 hesabı iləqələbə qazanıb.